Ukraynada Rusiya ordusuna qarşı cəbhədə döyüşən dinc sakinlər arasında dünya şöhrətli boksçular da var. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ağır çəkili boks üzrə keçmiş çempionlar Vladimir və Vitali Kliçko qardaşlarından sonra daha iki çempion boksçu orduya getdiklərini açıqlayıb.
34 yaşlı çəkisi üzrə dünya çempionu Vasili Lomaçenko və ağır çəkidə çempion Aleksandr Usık da silaha sarılaraq Rusiya qüvvələrinə qarşı müqavimətə qoşulublar. "Biz rus ordusunun nə qədər güclü olduğuna baxmırıq, döyüşməyə hazırıq. Vətənimiz və ailəmiz üçün ölməyə hazırıq, çünki bura bizim evimizdir. Bu, bizim gələcəyimizdir, kimsə gəlib gələcəyimizi oğurlamaq istəyir bizdən”, - Vitali Kliçko bildirib.
Kliçko qardaşlarından fərqli olaraq, aktiv boks karyerasını davam etdirən Lomaçenko və Usık da cəbhədəki yerlərini tutublar. İşğalın ilk günlərində Ukraynanı tərk edən Vasili Lomaçenko daha sonra silahlı mübarizəyə qoşulmaq üçün ölkəsinə, Ukraynaya qayıdıb.
Lomaçenko şəxsi “Facebook” səhifəsində hərbi geyimdə çəkdirdiyi fotosunu paylaşaraq, Belqorod-Dnestryanı Regional Müdafiə Batalyonuna yazıldığını bildirib.
Leyla Həsənəliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB