Rusiya Prezidenti Vladimir Putin 2022-ci il martın 1-dən fiziki şəxslərə külçə qızıl satışında 20 faiz ƏDV-nin ləğvini nəzərdə tutan qanunu imzalayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bundan əvvəl Rusiya Maliyyə Nazirliyi bildirib ki, qeyri-sabit geosiyasi vəziyyət fonunda qızıla investisiya Rusiya vətəndaşları üçün dollarla investisiyaya ideal alternativ olmalıdır. Bu qanunla fərdi investorların Rusiyanın ehtiyatlarında kifayət qədər olan külçə qızıla yönəldilməsi nəzərdə tutulur.
Vladimir Putin Rusiyanın təhlükəsizliyini təmin etmək məqsədilə xarici iqtisadi fəaliyyət sahəsində xüsusi iqtisadi tədbirlərin həyata keçirilməsi haqqında fərman imzalayıb. Putin iki gün ərzində müəyyən məhsul və xammalın ixracının qadağan olunacağı ölkələrin siyahılarının müəyyən edilməsini tapşırıb.
Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB