Ukrayna öldürülən rus əsgərlərinin görüntülərini paylaşdı

Ukraynada irəliləyişi davam etdirən rus ordusunun yeni marşrutu Odessa şəhəridir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Zelenski dünyanı Ukraynanın Qara dənizə açılan qapısı olan bir milyonluq liman şəhərini qorumağa çağırıb.

Digər tərəfdən, Rusiyanın irəliləməsi davam edərkən, Ukrayna əsgərləri çox sayda rus hərbi ünsürünü ələ keçirərək, işğalçı rus əsgərlərini öldürən görüntüləri paylaşıblar.

Rusiya ordusunun bombardmanından sonra dağıntılar altında və maşınlarında həlak olan mülki şəxslərin görüntüləri beynəlxalq qurumlara verilib.

Bundan başqa, toqquşmaların davam etdiyi 4 şəhərdə atəşkəs qərarı verilib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə