Rusiya ilə Ukrayna arasında davam edən müharibənin 12-ci gününə girərkən Ukrayna prezidenti Zelenski çox sərt çıxış edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Zelenski xalq qarşısında çıxış edərək vətəndaşlarından güclü olmağa çağırıb.
O bildirib ki, Rusiya ordusu Ukraynada törətdikləri cinayətlərə görə cəzalandırılacaqlar: "Evləri məhv etdiyiniz üçün sizi bağışlamayacağıq. Bu gün Oxmatdıtda hava hücumundan müdafiə sistemimiz tərəfindən atılan raketinizi unutmayacağıq. Bizə 500-dən çox belə raket düşüb. Ukraynanın hər yerində xalqımızı və uşaqlarımızı vurdular” deyən Zelenski çıxışının sonunda “Şəhərlərimizi və insanlarımızı vuran, torpaqlarımızı bombalayan, raket atanları tapacağıq”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB