Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Belçikanın paytaxtı Brüsseldə bir araya gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, iclasda ABŞ dövlət katibi Antoni Blinken, NATO-nun baş katibi Yens Stoltenberq, Britaniya, Kanada və Ukraynanın xarici işlər nazirləri iştirak ediblər.
Rusiyanın Ukraynaya hücumları ilə bağlı qiymətləndirmələrin aparıldığı iclasdan sonra keçirilən mətbuat konfransında Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Josep Borrell, “Ukraynadakı fasiləsiz partlayışlara görə humanitar vəziyyət getdikcə pisləşir. Məktəblər və xəstəxanalar dağıdılır. Rusiya Ukraynanı məhv etmək qərarına gəlib. Bu baxımdan İnsan Haqları Şurasında insan haqları və beynəlxalq hüququn pozulmasını işıqlandırmaq üçün səsvermə keçirilib" deyə açıqlama verib.
Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB