“İbadət evləri hədəf yox, sığınacaq olmalıdır.
Bu gün Pakistanın Peşəvar şəhərində cümə namazı zamanı məscidə edilən dəhşətli hücumu pisləyirəm”.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bunları BMT Baş katibi Antoniu Quttereş deyib.
“Yaxınlarını itirənlərə başsağlığı verir və Pakistan xalqı ilə həmrəyliyimi bildirirəm”, – BMT rəhbəri əlavə edib.
Qeyd edək ki, Pakistanın şimal-qərbində yerləşən Peşəvar şəhərində dünən baş verən partlayış nəticəsində 30 ibadətçi həlak olub, onlarla insan yaralanıb. Hadisə Peşəvarın Kuça Risaldar məscidində dindarların cümə namazına toplaşdığı vaxt törədilib.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB