ÜST Ukraynaya 36 ton tibbi ləvazimat göndərib

ÜST Ukraynaya 36 ton tibbi ləvazimat göndərib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Ukraynadakı mülki şəxslər üçün tibbi yardımı daşıyan yük təyyarəsi Polşanın Varşava hava limanına enib.

SİA-nın əldə etdiyi məlumata görə, ÜST-dən verilən yazılı açıqlamada təşkilatın Dubaydakı anbarından təyyarəyə ümumilikdə 36 ton tibbi ləvazimat yükləndiyi və Ukraynanın qonşu ölkələrindən Polşaya çatdırıldığı bildirilib.

Qeyd edilib ki, materiallar arasında cərrahi yardıma ehtiyacı olan 1000 nəfər üçün kifayət qədər travma avadanlığı və 150 ​​min nəfərə çatacaq digər avadanlıqlar var.

ÜST Təcili Tibbi Yardım Qrupları Şəbəkəsinin rəhbəri Flavio Salio yardımın Varşava Hava Limanından Ukraynaya çatdırılmağa hazır olduğunu bildirərək, "Yaralıları sağaltmaq üçün cərrahi ləvazimatlar və digər xəstəliklər üçün dərmanlar var" deyib.

Salio yardımların yük maşınlarında Ukrayna sərhədindən keçərək müvafiq səhiyyə ocaqlarına çatdırılacağı barədə məlumat paylaşıb.

Xatırladaq ki, Rusiya qoşunları fevralın 24-də Ukraynaya hərbi hücum başladıb.

Bütün xəbərlər Facebook səhifəmizdə