400-dən çox əsgər Zelenskini öldürmək üçün Kiyevdədir

Hazırda Rusiya prezidenti Vladimir Putinin Ukrayna prezidenti Zelenskiyə və hökumət üzvlərinə sui-qəsd etmək üçün Kiyevə 400 nəfərlik sui-qəsd qrupu göndərdiyi iddia edilir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiya-Ukrayna müharibəsinin 5-ci günündə bölgədən dəhşətli xəbərlər gəldi.

Xüsusi təlim keçmiş sui-qəsd dəstəsinin Ukraynanın prezidenti Zelenski, kabinet üzvləri, Kiyev meri Vitali Kliçko və qardaşı Vladimir də daxil olmaqla, Ukraynanın əsas şəxslərinin öldürülməsi üçün Kremldən yaşıl işığın yanmasını gözlədiyi deyilir. Hökumət rəsmiləri hər kəsə öz evlərində qalmağı əmr edib ki, əsgərlər rus diversantlarının qarşısını ala bilsinlər. Verilən açıqlamada qadağan olunmuş saatlarda küçədə görünən hər kəsin "düşmən" sayılacağı bildirilib.

Vaqner əsgərlərinin Zelenski və həmkarlarını mobil telefonları vasitəsilə izlədikləri iddia edilir.

Zelenski bu yaxınlarda verdiyi açıqlamada Rusiya ordusunun bir nömrəli hədəfinin özü, iki nömrəli hədəfin isə ailəsi olduğunu bildirib. Ukrayna mətbuatında “Putinin şəxsi ordusu” kimi təqdim edilən “Vaqner" qrupu ABŞ-da yerləşən “Blackwater” kimi tanınan təhlükəsizlik şirkəti ilə də müqayisə edilir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə