Əsgərlərin ailələri üçün xüsusi xətt yaradılır

Ukraynanın həlak olan və ya əsir düşən rus əsgərlərinin ailələri üçün “Ukraynadan sağ-salamat qayıt” adlı xüsusi rabitə xətti quracağı bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna Daxili İşlər Nazirinin müşaviri Anton Qeraşenko verdiyi açıqlamada, “Bu telefon xətti ilə siz qohumlarınızın sağ olub-olmadığını, əsir götürüldüyünü, yaralı olub olmadığını və ya cənazənizi nə vaxt və necə qəbul edəcəyinizi öyrənə bilərsiniz. Siz də əriniz və oğlunuz üçün mesaj buraxa biləcəksiniz”.

Hesab olunur ki, Ukrayna bu addımı ilə Rusiya administrasiyasına təzyiqləri artırmağı hədəfləyir.

Kiyev administrasiyası 3500-dən çox rus əsgərinin öldürüldüyünü iddia edərkən, hakimiyyət əsir düşən rus əsgərlərinin görüntülərini və çıxışlarını jurnalistlərlə bölüşür.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə