Ukrayna atəşkəs və sülh üçün hazırdır - ZELENSKİ

Səhər saatlarında Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinə danışıqlar masasına oturmağı təklif edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, təklifdən sonra Kreml danışıqlara açıq olduqlarını bəyan edib və danışıqlar ünvanı üçün Belarusun paytaxtı Minski göstərib. Bu cərəyan edən hadisələrdən sonra Ukrayna və Rusiya arasında rəsmi danışıqlar başlayıb.

Ukrayna Prezident Aparatının mətbuat katibi Sergey Nikiforov mövzu ilə bağlı açıqlama verib. Ukraynanın danışıqlar üçün Rusiya tərəfi ilə əlaqəni kəsdiyinə dair açıqlamalara cavab verən Nikifokov, "Biz danışıqları rədd etdiyimizlə bağlı iddiaları rədd edirik. Ukrayna atəşkəs və sülh üçün hazırdır və danışmağa davam edir. Bu, bizim dəyişməz mövqeyimizdir. Rusiya Prezidentinin təklifini qəbul etdik”.

Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə