Braziliyada baş verən daşqın və sürüşmə fəlakətində ölənlərin sayı 171-ə yüksələrkən, itkin düşən 120-dən çox adam üçün xilasetmə işlərinin davam etdiyi bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Braziliyanın Rio-de-Janeyro əyalətinin dağlıq bölgəsindəki Petropolis şəhərində leysan yağışların səbəb olduğu sel və torpaq sürüşməsi fəlakətindən sonra ölənlərin sayı 171-ə yüksəlib, 120 nəfərin axtarış-xilasetmə işləri davam edib, 900-dən çox insan isə sığınacaqlara yerləşdirilib.
Xilasetmə koordinatoru Roberto Amaral, "Bölgəyə ağır texnika gətirmək mümkün deyil, qarışqa kimi yavaş-yavaş işləməliyik" deyib.
Rio-de-Janeyro əyalətinin mülki müdafiə qrupları şəhərdə daha 642 torpaq sürüşməsinin olduğunu bildirib və ən çox zərər çəkmiş 5 bölgənin yenidən qurulması üçün 150 milyon real (39 milyon 970 min dollar) büdcə ayrıldığını açıqlayıb.
Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB