Conson Avropa liderləri ilə müzakirələr aparacaq

Conson Avropa liderləri ilə müzakirələr aparacaq

Böyük Britaniyanın Baş naziri bu həftə Avropa liderləri ilə Ukraynada müharibənin qarşısının alınması yollarını və ölkənin müdafiəsini təmin etmək üçün Kiyevə kömək məsələsini müzakirə etmək niyyətindədir.

SİA xəbər verir ki, bu barədə Baş nazirin Dauninq-strit 10 ünvanında yerləşən ofisinin yaydığı bəyanatda deyilir.

“Ukrayna sərhədində böhran kritik həddə çatıb. Bizdə olan bütün məlumatlar göstərir ki, Rusiya hər an Ukraynaya hərbi müdaxilə etməyi planlaşdırır. Bunun həm Ukrayna, həm də Rusiya üçün fəlakətli nəticələri olacaq”, – hökumət başçısının nümayəndəsi bildirib.

O, vurğulayıb ki, “deeskalasiya və diplomatiya üçün imkan pəncərəsi açıqdır və Baş nazir Rusiyanı uçurumdan geri çəkmək üçün müttəfiqlərlə yorulmadan çalışacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə