Məşhur aparıcı ana olacaq

2018-ci ildə Eray Sünbül ilə dünya evinə girən Seray Sever körpə həyəcanını yaşayır. Bodrumda yaşayan aktrisa və aparıcı əkizlərə hamilə olduğunu açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ötən aylarda hamilə olduğunu açıqlayan Seray Sever indi hamiləlik pozları verib. Məşhur aparıcı nəhayət ki, "Maşallah" qeydi ilə qarnı burnunda olan poza paylaşıb.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə