Liviyada seçkilərin tarixi fevralın 17-də açıqlanacaq

Liviyada seçkilərin tarixi fevralın 17-də açıqlanacaq

Liviyada prezident və parlament seçkilərinin tarixi fevralın 17-də açıqlanacaq.

SİA xəbər verir ki, bu barədə Liviyanın Baş naziri Əbdülhəmid Dibeybe bildirib.

Onun sözlərinə görə, Liviyada seçkilərin keçirilməsi ilə bağlı ölkədə müxtəlif qüvvələrlə məsləhətləşmələr aparılır.

Dibeybe Tobrukdakı Nümayəndələr Palatasının (parlament) keçmiş daxili işlər naziri Fəthi Başağının Liviya Nazirlər Kabinetinin yeni rəhbəri seçilməsi ilə bağlı qərarını da şərh edib.

O, əhalini Tobrukdakı Nümayəndələr Palatasının mövqeyini pisləməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня