"Ölkəmizdə əlavə qüvvə saxlamayacayıq" - MACARISTANLI NAZİRİ

Macarıstanın xarici işlər naziri Peter Szijarto ölkəsinin Ukrayna münaqişəsi ilə əlaqədar öz ərazisində bir daha NATO qoşunlarını qəbul etməyəcəyini bildirib. SİA-nın xəbərinə görə, nazir qeyd edib ki, ABŞ Polşa və Rumıniyaya əlavə qoşun göndərib. Almaniya da Litvada əsgərlərinin sayını artırıb.

Nazir qeyd edib ki, biz bunu qəbul etmədik və qəbul etməyəcəyik: " Çünki artıq ölkə ərazisindəki NATO əsgərləri, Macarıstan ordusu və silahlı qüvvələr təhlükəsizliyi təmin etmək iqtidarındadır. Ona görə də Macarıstan ərazisinə əlavə qüvvələr yerləşdirilməməlidir. Bu, bizə lazım deyil".

Nazir bildirib ki, tərəflər ən pis ssenaridən qaçmaq üçün təmaslarını davam etdirməlidir: "Ukrayna münaqişəsi ilə bağlı "ən pis ssenaridən" qaçmaq üçün ABŞ, Avropa və Rusiyanı təmaslarını davam etdirməlidir".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə