İran yeni raketini təqdim edib

İran dünya gücləri ilə nüvə danışıqlarının son mərhələsinə qədəm qoyarkən, qurudan quruya 1450 kilometr mənzilli “Xeybər Şekan” (“Kheibar Shekan”) adlı yeni ballistik raket təqdim etdi.

SİA xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, “Xeybər Şekan” adlanan yeni uzaqmənzilli ballistik raket Baş Qərargah rəisi general-mayor Məhəmməd Bakiri və İran İslam İnqilabı Keşikçiləri Korpusu Hərbi Hava Qüvvələri komandanı briqada generalı Əmir Əli Hacızadənin raket bazasına səfəri zamanı nümayiş etdirilib.

Üçüncü nəsil raket qarşı tərəfin hava müdafiə sistemini dəf etmək qabiliyyəti ilə seçilir. Raket müəyyən edilmiş hədəfi yüksək dəqiqliklə vurur və fövqəladə sürətə malikdir.

Qərb ölkələri, xüsusilə ABŞ ilə ballistik raket proqramı ilə bağlı problem yaşayan Tehran rəhbərliyi raket proqramı ilə bağlı danışıqların aparıla bilməyəcəyini açıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə