İtaliyanın baş naziri Mario Draqinin Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, İtaliya Baş Nazirliyi tərəfindən verilən açıqlamada, Draghi ilə Putinin telefon danışığı zamanı Ukrayna böhranı kontekstindəki son hadisələri və iki ölkə arasındakı əlaqələri müzakirə etdikləri bildirilib. Açıqlamada Draqinin böhranın daha da ağırlaşması ilə ortaya çıxacaq ciddi nəticələr fonunda gərginliyi azaltmağa çalışmağın vacibliyini vurğuladığı bildirilib. Bundan əlavə, iki lider sözügedən böhranın davamlı və qalıcı həlli, eləcə də etimad mühitinin yaradılması üçün danışıblar.
Müəllif: Turqay Musayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB