Meksikada kiçik təyyarə qəzaya uğrayıb

Meksikanın Çihuahua əyalətində boş sahəyə düşən kiçik təyyarənin partlayaraq alovlandığı bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, qəza sonrası hadisə yerinə gələn mülki müdafiə qrupları və xilasetmə qrupları alova müdaxilə edib. Xilasedicilər təyyarə söndürüldükdən sonra təyyarədə olan 2 nəfərin yanmış cəsədlərinə çata biliblər.

Qəzada həyatını itirənlərin 31 yaşlı uçuş təlimatçısı Conatan Endryu və aviasiya məktəbinin tələbəsi Viktor Amilkarın olduğu bildirilib. Çihuahua ştatının Federal Mülki Aviasiya Administrasiyası qəza ilə bağlı araşdırma başlandığını və qəzanın səbəblərinin araşdırıldığını bildirib. Təyyarənin mexaniki nasazlıq səbəbindən qəzaya uğradığı güman edilir.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə