İtaliyada koronavirus qurbanlarının sayı 143 min nəfərdən çoxdur

İtaliyada son 24 saat ərzində COVID-19 infeksiyasına yoluxanların sayı 138 min 860 nəfər artaraq ümumilikdə 9 milyon 923 min 678-ə çatıb.

SİA xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, koronavirusun qurbanlarının sayı isə 227 nəfər artaraq 143 min 296-ya yüksəlib. Hazırda reanimasiya şöbəsində olanların sayı 1685 nəfərdir.

Ötən gün 933 min 384 test icra edilib, virusdan sağalanların sayı isə 7 milyon nəfəri ötüb.

Bütün xəbərlər Facebook səhifəmizdə