Yeni il ərəfəsində komendant saatı tətbiq olunacaq

Yeni il ərəfəsində komendant saatı tətbiq olunacaq

Mərakeş hökuməti Covid-19 epidemiyası ilə mübarizə çərçivəsində hava və quru sərhədlərinin bağlanması ilə bağlı əvvəlki qərarını 31 yanvar 2022-ci ilə qədər uzadarkən, ilin əvvəlində komendant saatı tətbiq etmək qərarına gəlib. SİA xarici mətbuata istinadən bildirir ki, Mərakeş Cənubi Afrikada ortaya çıxan Covid-19-un “Omikron” mutasiyası səbəbindən tədbirləri sərtləşdirib. Əvvəlki qərarı ilə dekabrın sonuna qədər ölkəyə giriş-çıxışı dayandıran Mərakeş hökuməti hava və quru sərhədlərini 31 yanvar 2022-ci ilə qədər uzadıb. Türkiyəyə qayıtmazdan əvvəl həyata keçirilən evakuasiya uçuşlarının yanvar ayında da davam edəcəyi gözlənilir.
Universitetlərdə təhsil və imtahanlar da onlayn rejimdə aparılacaq və digər səviyyələrdə təhsil üzbəüz davam edəcək. Yeni tədbirlər çərçivəsində 31 dekabr 2021-ci il cümə günü saat 23.30-dan 01 yanvar 2022-ci il saat 06.00-a qədər komendant saatı tətbiq ediləcək.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə