Nigeriyada Maradi rayon qubernatoru Çaibou Aboubakar bildirib ki, məktəbəqədər təhsildə olan 5-6 yaş arası 25 uşaq yanğında həyatını itirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Aboubakar 5-i ağır olmaqla 14 tələbənin yaralandığını və noyabrın 9-dan etibarən 3 günlük milli matəm elan edildiyini açıqlayıb.
Yanğının səbəbi məlum olmasa da, sinif otaqlarının samanla əhatə olunması səbəbindən alovun sürətlə yayıldığı bildirilir. Dünyanın ən kasıb ölkələrindən biri olan Nigerdə taxta materialların da istifadə olunduğu samandan sinif otaqlarına rast gəlinir. Bu sinif otaqlarında vaxtaşırı yanğın baş versə də, onların çox az hissəsi ölümlə nəticələnir.
Müəllif: Turqay Musayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB