Nigeriyada faciəvi hadisə baş verib

9 Noyabr 2021 09:46 (UTC+04:00)

Nigeriyada Maradi rayon qubernatoru Çaibou Aboubakar bildirib ki, məktəbəqədər təhsildə olan 5-6 yaş arası 25 uşaq yanğında həyatını itirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Aboubakar 5-i ağır olmaqla 14 tələbənin yaralandığını və noyabrın 9-dan etibarən 3 günlük milli matəm elan edildiyini açıqlayıb.

Yanğının səbəbi məlum olmasa da, sinif otaqlarının samanla əhatə olunması səbəbindən alovun sürətlə yayıldığı bildirilir. Dünyanın ən kasıb ölkələrindən biri olan Nigerdə ​​taxta materialların da istifadə olunduğu samandan sinif otaqlarına rast gəlinir. Bu sinif otaqlarında vaxtaşırı yanğın baş versə də, onların çox az hissəsi ölümlə nəticələnir.