6 afrikalı mühacir öldürülüb

Liviya mühafizəçiləri Tripolidəki təcridxanada 6 miqrantı öldürüblər. SİA xarici mətbuata istinadən bildirir ki, Beynəlxalq Miqrasiya Təşkilatı Liviya mühafizəçilərinin, Tripolidəki bir təcridxanada 6 afrikalı mühaciri güllələyərək öldürdükləri yerdə "qorxunc" həyat şərtlərini qınadıqlarını söyləyib.

Beynəlxalq Miqrasiya Təşkilatının sədri Federiko Soda hadisənin 3000-ə yaxın miqrantın qaldığı Əl-Mabani təcridxanasında baş verdiyini qeyd edib. Sodanın sözlərinə görə, Əl-Mabani təcridxanası 1000 məhbus tutumuna malikdir, lakin 3000-dən çox adam qalır. "Onların saxlanması özbaşınalıqdır. Çoxlarının sənədləri var, ancaq ölkədə ilişib qalıblar" deyə o, bildirib.

Abutel İsmayıllı

Bütün xəbərlər Facebook səhifəmizdə