Misirdə yol qəzası zamanı 12 nəfər ölüb

Misirdə avtobus qəzası nəticəsində 12 nəfər ölüb, 40-dək insan xəsarət alıb.

Bildirək ki, bu barədə “Al-Masry Al-Youm” portalı məlumat yayıb.

Məlumata görə, qəza Qahirə-Süveyş avtomobil yolunda baş verib. Bildirilir ki, şəhərlərarası avtobus Şarm əş-Şeyxdən Qahirəyə gedirmiş və təxminən 100 km məsafədə aşıb. Hadisə yerinə təxminən 30 təcili tibbi yardım maşını cəlb olunub, yaralılar Süveyş xəstəxanalarına çatdırılıb.

Bir neçə nəfərin vəziyyəti ağırdır. Ölənlər arasında bir neçə uşaq da var. Qəzanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə