4 bal gücündə zəlzələ baş verib

Əfqanıstanın şimalındakı Kunduz əyalətində 4,2 bal gücündə zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, zəlzələ paytaxt Kabildə də güclü hiss edilib. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) tərəfindən verilən məlumatlara görə Əfqanıstanın şimalında yerləşən Kunduzda zəlzələ baş verib. Paytaxt Kabikdən 300 kilometr aralıda yerləşən Kunduz zəlzələsinin şiddəti 4.2 olaraq açıqlanıb.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə