ABŞ-ın Tennessi ştatında daşqınlar nəticəsində ən azı 22 nəfər ölüb

ABŞ-ın Tennessi ştatında daşqınlar nəticəsində ən azı 22 nəfər ölüb

ABŞ-ın Tennessi ştatında daşqınlar nəticəsində ən azı 22 nəfər ölüb, 50-dən çox insan itkin düşüb.

SİA "goodwordnews" saytına istinadən xəbər verir ki, ABŞ Prezidenti Co Bayden xalqa müraciətində daşqınla əlaqədar ailələrə başsağlığı verib. O, administrasiyanın "bu dəhşətli anda" yerli icmalara ehtiyacı olan hər cür yardımı göstərməyə hazır olduğunu da söyləyib.

Tennessi Fövqəladə Hallar İdarəsi daşqın səbəbi ilə üçüncü təhlükə səviyyəsi elan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə