Dünyanın ən böyük tankı - 1800 ton ağırlığındakı“Ratte”

Tank birinci dünya müharibəsində yarandıqdan sonra hərbin ən mühüm hissəsi olub. Kifayət qədər sürətli hərbi manevr vəd edən tanklar ikinci dünya müharibəsində almanların ən böyük dəstəyi idi. Sırf tanklara görə, onlar qısa müddətdə Avropanı fət edə bilmişdilər. İndi isə dünyanın ən böyük tankı olan "Ratte", yəni siçovul haqda danışacayıq.

Landkreuzer P. 1000 Ratte (Siçovul) II. İkinci Dünya Müharibəsi zamanı nasist Almaniyası ordusunun Vermaxt cəbhəsində istifadəsi üçün hazırlanmış nəhəng bir tank idi. 1942-ci ildə Adolf Hitlerin razılığı ilə Krupp şirkəti tərəfindən hazırlanan tank layihəsi 1943-cü ildə Albert Speer tərəfindən ləğv edildi və yenidən tamamlana bilmədi. Ratte almanların indiyə qədər istehsal etdiyi ən ağır tank olan Panzer VIII Maus-dan on qat daha ağır idi. İstehsal edilsəydi, dünya tarixinin ən ağır tank olardı.

Əsas silah olaraq qüllədə istifadə ediləcək 280 mm-lik iki silah “Gneisenau” döyüş gəmilərində istifadə edilirdi. Layihə ləğv edilməzdən əvvəl istehsal edilən böyük qüllə Norveçdəki silah-mühafizə taboruna saxlanırdı. Lakin onun yerini tapmaq hələ də mümkün olmayıb. Digər silahlar 128 mm top, 8 20 mm Flak 38 zenit silahı və iki 15 mm Mauser Pulemyot 151/15 olaraq hesablanmışdı.

Tank biri 8500 at gücü istehsal edə bilən iki MAN V12Z32/44 iki dizel dəniz mühərriki və ya hər biri 2000 at gücü istehsal edə bilən 8 Daimler-Benz MB501 20 silindrli dəniz dizel mühərriki ilə idarə olunacaqdı. İki variantda da cəmi 16.000 at gücü təmin edəcəkdi.

Daha da ağır olan P. 1500 "Canavar" özüyeriyən top layihəsi çox erkən mərhələlərdə ləğv edildi. Ancaq təhlükəli “Schwerer Gustav” və ya Dora 800 mm istehsal edilməyə başladı.

Ölçüləri ilə dəhşətli görünsə də, bu tankın bir çox mənfi tərəfi var idi. Məsələn, bu ölçülərə malik olan tankın keçə biləcəyi körpü yox idi. Eyni zamanda yollar da bu tankın keçidi üçün yararsız idi. Ağırlığına görə, çöllük ərazidə hərəkət etməsi çox çətin olardı. Onun sürəti də digər tanklara nisbətən çox aşağı idi. Məsələn, döyüş şəraitində çayı keçmək üçün təbii bir yol tapmalı idi. Bu belə maşın üçün vaxt itkisi idi. Bu boyda bir vasitə nə qədər kamuflyaj edilsə də, düşmən təyyarələri üçün asan bir hədəf olardı. Buna görə də tank üçün daima sığınacaq tapılmalı idi. Digər tərəfdən düşmən piyadalarına qarşı da lazımi müdafiəsi yox idi.

Beləliklə faşist hakimiyyətin ən çox önəm verdiyi tank sənayesinin bu ixtirası digər mükəmməl mühəndislik əsərləri ilə birgə yox oldu. Qəribə şəkildə nüsxələri gizlədilən bu silahlar bir daha tapıla bilmədi. Digər tərəfədən isə faşist hakimiyyətin qısa müddətli inkişafı kimi dünya tərəfindən ört-basdır edilən bu faktlar gizlədilməkdədir.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə