Əli Əsədov iordaniyalı nazirlə ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Baş naziri Əli Əsədov noyabrın 28-də İordaniya Haşimilər Krallığının sənaye, ticarət və təchizat naziri, iki ölkə arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Yarub Qudah ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən bildirilib.
Qeyd olunub ki, görüşdə Azərbaycan-İordaniya dövlətlərarası münasibətlərinin dostluq və əməkdaşlıq prinsipləri əsasında inkişaf etdiyi vurğulanıb.
Azərbaycan Prezidenti İlham Əliyev və İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn arasında yaranmış səmimi münasibətlərin bu inkişafı şərtləndirən əsas amil olduğu bildirilib.
Görüşdə iki ölkə arasında müxtəlif istiqamətlərdə, o cümlədən ticarət-iqtisadi, investisiya, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri müzakirə olunub.
Görüşdə maliyyə naziri Sahil Babayev iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB