Türkiyədəki meşə yanğınlarının bir qismi nəzarət altına alınıb

Türkiyənin 9 vilayətində baş verən genişmiqyaslı meşə yanğınının bir qismi nəzarət altına alınıb.

SİA xəbər verir ki, Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli Kütahyanın Emet qəsəbəsindəki yanğının söndürüldüyünü bildirib.

Bundan başqa Adananın Kozan rayonunda yanğın nisbətən nəzarətə alınıb, Kütahyanın Samrık dərəsi kəndində 5 saatlıq, Muğlanın Köyceğiz qəsəbəsində 6 saatlıq fasiləsiz fəaliyyətlərdən sonra yanğının qarşısı alınıb.

Aydın Germencik rayonundakı biogaz qurğularında baş verən yanğının qarşısının alınması üçün isə yanğınsöndürənlərin müdaxilələri davam edir.

Muğlanın Bodrum və Milas rayonu sərhədində yanğının miqyası böyüyür. Yanğın Milas rayonunun Meşəlik məhəlləsində yerləşən otellərə də yayılıb. Otellərdəki turistlər təxliyə edilib.

Hadisə yerində ölən və yaralananlar haqqında məlumat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...