Etirazçıların digər ölkələrin müdaxiləsini istədiklərini söylədi MYANMA BAŞ KOMANDANI
Hakimiyyətin ordunun əlinə keçməsindən sonra ölkədə etiraz aksiyaları təşkil edənlər digər ölkələr tərəfindən Myanmanın işlərinə rəsmi müdaxilə edilməsini istəyənlərdir. SİA xəbər verir ki, bu sözləri Myanma Silahlı Qüvvələrinin Ali Komandanı, Dövlət İdarə Şurasının sədri Min Aun Xlayn, RİA Novosti-yə verdiyi müsahibəsində söyləyib.
"Başlanğıcda etirazlar var idi. Artıq səbəblərini bilirsiniz ki, bu da seçkilərin saxtalaşdırılması səbəbindəndir.
Bundan sonra etirazlar terror mərhələsinə çevrildi və burada digər səbəblər də rol oynayır. Birincisi, etirazçılar yerli sakinlərin qorxusuna səbəb olur. Bu da adi həyatlarını davam etdirəcək insanların şəraitini və ölkəni narahat vəziyyətə gətirəcək bir haldır. İkincisi, onlar mövcud hökumətin beynəlxalq aləmdəki imicini məhv edirlər", dedi Min Aun Xlayn bildirib.
Dövlət İdarə Şurasının sədri, onların əsas məqsədinin digər ölkələrin dövlətin daxili işlərinə rəsmi müdaxiləsinə nail olması cəhdi olduğunu deyib.
Xatırladaq ki, Myanmanın silahlı qüvvələri mülki hökuməti devirib və 1 fevralda ölkədə hakimiyyəti ələ keçirərək mülki liderləri həbs edib. Hərbçilər bu hərəkətləri 2020-ci il ümumi seçkilərinin nəticələrini, o zamankı hakim Demokratiya Uğrunda Milli Liqa partiyası lehinə kütləvi şəkildə saxtalaşdırılması və mülki hakimiyyət orqanlarının onu araşdırmaq istəməməsi ilə əlaqələndirirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB