Vaşinqtonda magistral yolun üzərində piyada keçidi üçün nəzərdə tutulmuş körpü çöküb

ABŞ-ın paytaxtı Vaşinqtonda magistral yolun üzərində piyadaların keçidi üçün nəzərdə tutulmuş körpü çöküb.

SİA xəbər verir ki, bu barədə şəhərin Yanğın və xilasetmə xidmətinin “Twitter” səhifəsində bildirilib.

Hadisə nəticəsində beş nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Hadisə körpünün altından yanacaqla dolu yük maşını keçərkən baş verib. Təcili yardım xidməti yanacaq çənində sızmanın baş verməməsi üçün müvafiq tədbirlər görüb.

Yük avtomobilinin körpüyə çırpılması nəticəsində hadisənin baş verdiyi ehtimal olunur.

Faktla bağlı polis tərəfindən istintaq başladılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə