Salvador Alyende sui-qəsdlə öldürülübmüş

Salvador Alyende sui-qəsdlə öldürülübmüş

Çilinin köhnə prezidenti Salvador Allendenin ölümü haqda bəzi faktlar ortaya çıxıb. SİA-nın məlumatına görə, Alyendenin intaharının əslində sui-qəsd olduğu bildirilib.

TVN televiziyasının \'\'Xüsusi Hesabat\'\' verilişində, Allendenin ölümü ilə bağlı uzun müddətdir axtarışda olan 300 səhifəlik hərbi hesabata toxunulub. Veriliş zamanı hesabatı nəzərdən keçirən 2 tibbi ekspert mövzu ilə bağlı açıqlama veriblər. Sui-qəsd fikrini dəstəkləyən ekspertlər hesabatdakı məlumatların intaharla heç bir əlaqsi olmadığını diqqətə çatdırıblar.

Çili ordusunun nümayəndələri Alyendenin 1973-cü ildə, Kübanın köhnə lideri Fidel Castronun ona hədiyyə etdiyi tüfənglə intahar etdiyini iddia edirlər. Lakin hərbi hesabat təstiqləyir ki, 65 yaşlı Allende əslində, 1973-cü il sentyabrın 11-də general Augusto Pinoçet tərəfindən təşkil olunan hücumda prezident sarayında güllələnərək öldürülüb.

Qeyd edək ki. hesabat, dövrün hərbi səlahiyyətlilərindən birinin, keçən il zəlzələdə yerlə yeksan olmuş evinin dağıntıları arasında tapılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə