Myanma vətəndaş müharibəsi təhlükəsi ilə üzləşib - BMT Baş Katibinin xüsusu elçisi

Myanma ölkə daxilindəki hərbçilər, müxalifət və etnik qruplar arasında artan qarşıdurma nəticəsində geniş miqyaslı vətəndaş müharibəsi təhlükəsi ilə üzləşib.

SİA xəbər verir ki, bu barədə BMT Baş Katibinin Myanma üzrə xüsusi elçisi Kristin Şraner Burqener bildirib.

O qeyd edib ki, qarşıdurmalar ölkənin demək olar ki, bütün bölgələrini, hətta mərkəzi hissəsini və 2015-ci ildə atəşkəsin şamil olduğu əraziləri əhatə edir: "Böyük miqyaslı vətəndaş müharibəsi riski realdır".

BMT emissarı Çin, Hindistan və Taylandla həmsərhəd bölgələrdə toqquşmaların baş verdiyi üçün qarşıdurmanın artıq beynəlxalq miqyası aldığını əlavə etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə