ABŞ Prezidenti Co Bayden 14 iyun tarixində NATO Sammitindən əvvəl Ağ Evdə NATO-nun Baş Katibi Jens Stoltenberqi qəbul edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Ağ Evin sözcüsü Jen Psaki yazılı açıqlamasında faktı təsdiqləyib.
Psaki qeyd edib ki, Bayden NATO-nun təhlükəsizlik və demokratik dəyərlərin qorunub saxlanılmasında müttəfiqlərlə yaxından işləməyin vacibliyini qeyd edib: "Bayden və Stoltenberg NATO-nun strateji rəqabət və iqlim dəyişikliyi, kiber hücumlar kimi beynəlxalq təhdidlərə qarşı mübarizədə müttəfiqliyin daimiliyi üçün NATO-nun 2030-cu il təşəbbüsünün əhəmiyyəti barədə razılığa gəliblər.
Nərmin Hüseynova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB