Xarici ölkələrdə bunları heç vaxt etməyin

Xarici ölkələrdə bunları heç vaxt etməyin

Bəzi ölkələr var ki, orada bizim üçün sıradan olan hərəkətlər qadağan və ya ayıb hesab olunur.

SİA xarici mətbuata istinadən bu ölkələri təqdim edir:

Rusiya: Hədiyyə olaraq cüt sayda çiçək verməyin. Ruslar sadəcə anım və dəfn mərasimlərində cüt sayda çiçəklər gətirir.

Rus xanımları ilə xoş gündə uyğun bir buket tək sayda çiçəklərdən ibarət olmalıdır.

Çili: Barmaqlarınızla heç nə yeməyin. Bu ölkədə ədəb vacibdir!

Sinqapur: Cərimə olunmamaq üçün Diqqətli olun: Quşlara yem vermək, tüpürmək və zibilləri küçəyə atmaq, ictimai nəqliyyatda yemək qadağandır.

Hindistan: İctimai yerdə öpüşmək olmaz! Bu hərəkət sizi həbsxanaya saldıra bilər. Qarşı cinsdən olan insanlarla fiziki təmasa icazə verilmir.

Yaponiya: Məsləhət vermək burada məqsədəuyğun hesab edilmir. İctimai yerdə qucaqlaşıb görüşmək və ya qucaqlaşmaq olmaz. Yerli xalqın etdiklərini etməyiniz məsləhət görülür.

Meksika: Söhbətləri və ya məsələləri çox da şəxsiləşdirməyin. Meksikalılar zarafatlaşmağı çox sevər və bunu etmə şansını heç qaçırmazlar. Əgər, siz meksikalılar ilə öz dillərində danışsanız və onların ənənələri ilə hərəkət etmə cəhdlərinizi yüksək qiymətləndirəcəklər.

Yeni Zelandiya: Heç vaxt Rugby, “Üzüklərin Əfəndisi” və ya İngiltərə Kraliçası haqqında zarafatlar etməyin: Yeni Zelandiyalılar bunları ciddiyə alırlar. Ayaqyalın insanları görsəniz təəccüblənməyin.

Norveç: Kilsəyə aid suallar verməyin. Bu hörmətsizlik kimi qəbul edilə bilər. Buradakı bir çox insan heç bir kilsəyə getmir.

Heç bir rəsmiyyət gözləməyin: Ümumiyyətlə insanlar qeyri-rəsmi şəkildə danışır və bir-birlərinə adları ilə müraciət edirlər.

Türkiyə: Heç kimə “Ok” işarəsi verməyin. Bu ədəbsiz bir jest hesab olunur.

Çox içməməyə çalışın: Xalq içərisində sərxoş olmaq utancverici bir hərəkət hesab olunur.

Xüsusilə bir restoranda və ya bir barda burnunuzu əsməyin və dişlərinizi təmizləməyin.

Böyük Britaniya: Sıra zamanı kiminsə növbəsinə girməyin. İnsanlar sizi mühakimə edəcək.

İngilislərdən nə qədər qazandıqlarını soruşmayın bu müzakirə üçün yaxşı bir mövzu deyil.

İngilislər ilə görüşərkən təsadüfi insanları dəvət etməyin: Yalnız yaxın dostlarınız olan insanları dəvət edin.

Almaniya: Nazi (Hitler sayağı) salamlama jestlərindən istifadə etməyin: Bu bir cinayətdir və buna görə cəzalandırıla bilərsiniz.

İnsanlara diqqətlə baxmayın burada yalnız zəif savadlı və çılğın insanlar bunu edirlər.

Özündən əvvəl heç kəsi öz doğum günü münasibətilə təbrik etməyin: Almanlar buna çox həssaslıq ilə yanaşırlar. Bunun pis bir əlamət olduğuna inanırlar və hətta xüsusi tarixdən əvvəl ölə biləcəklərini guman edirlər.

Kenya: Dinə hörmətsizlik göstərməyin. Yerli əhalinin əksəriyyəti çox dindardır.

Malaziya: Heç vaxt kiminsə başına toxunmayın. Uşaqları əzizləyərkən belə onların saçına toxumayın. Baş bədənin ən müqəddəs hissəsi hesab olunur.

Cənubi Koreya: Pul verərkən iki əldən istifadə edin. Pulu insanlara verərkən, koreyalılar onları iki əllə verirlər. Bu hörmət əlamətidir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə