Güclü zəlzələ baş verib 6,1 BAL GÜCÜNDƏ

Hokkaydo adasının cənub-şərqində 6,1 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə ölkənin Baş Meteoroloji Agentliyindən məlumat verilib.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla 12.24-də qeydə alınıb. Zəlzələnin ocağı suyun altında 60 kilometr dərinlikdə olub.

Üç bala qədər olan təkanlar Hokkaydo adasının cənub-şərq və şərq hissələrində hiss olunub.

Qeyd edək ki, zəlzələdə yaralananlar və dağıntılar barədə hələlik məlumat verilməyib. Sunami təhlükəsinin də olmadığı qeyd olunur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə