Ermənistanda virusdan ölənlərin sayı artır

Ermənistanda son sutka ərzində daha 354 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub. SİA xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 219 950 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 16 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4272- yə çatıb.

Aktiv xəstələrin sayı 8550 nəfər təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə