Peyvəndlərin təsiri gələn il bitəcək? XƏBƏRDARLIQ EDİLDİ

Peyvəndlərin təsiri gələn il bitəcək? XƏBƏRDARLIQ EDİLDİ

Elm dünyası mövcud korona peyvəndlərinin təsirini itirə biləcəyinin xəbərdarlığını edib. Əksər elm adamları peyvəndlərin dəyişdirilməli olacağını düşünür. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, koronavirusa qarşı hazırlanmış peyvəndlər üçün qorxulu bir açıqlama gəlib. Xəbərə görə, dünyanın hər yerindən tədqiqatçılar, mövcud peyvəndlərin təsirini azaldacaq mutasiyalara qarşı xəbərdarlıq ediblər. 28 ölkədən 77 alimdən ibarət bir sorğuda, üç tədqiqatçıdan ikisi peyvəndlərin dəyişdirilməli olacağı iddiasını dəstəkləyib. Bu vəziyyət üçün 2022-ci ilin əvvəlinə işarə edib. Komandanın yüzdə 88-i, qlobal peyvənd işindəki haqsızlığın yeni mutasiyanın ortaya çıxmasında təsirli olacağını düşünür.

Hər 100 vaksindən 76-sı 10 ölkəyə gedib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mövcud peyvənd dozalarının yüzdə 76-nın yalnız 10 ölkə tərəfindən istifadə edildiyi barədə məlumat paylaşıb. Eyni açıqlamada bu günə qədər 576 milyon peyvənd verildiyi və yalnız 32 milyon dozanın ola biləcəyi vurğulanıb. Covax təşəbbüsü ilə 60 yoxsul ölkəyə paylanıb.

Ayşən Sadıxzadə

Bütün xəbərlər Facebook səhifəmizdə