Barak Obama Mərkəzi Kəşfiyyat İdarəsinin nümayəndələrinə təşəkkür edib
ABŞ prezidenti Barak Obama Mərkəzi Kəşfiyyat İdarəsinin nümayəndələri ilə görüşüb. SİA-nın xəbərinə görə, prezident Əl-Qaidə lideri Üsamə bin Ladeninin zərərsizləşdirilməsi ilə nəticələnən əməliyyatda uzun fəaliyyətinə, terrorla mübarizədəki cəhdlərinə görə Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşlarına Amerika xalqı adından təşəkkürlərini çatdırıb. B.Obama çıxışı zamanı Əl-Qaidə döyüşçülərini təqib etdiklərini deyib və və onları hər zaman arxaya baxmağa çağırıb.
Qeyd edək ki, bir müddət öncə prezident Barak Obama Pakistanın Abbotabad şəhərində baş tutan xüsusi əməliyyata cəlb olunan vertolyotların pilotları ilə görüşüb və onlara təşəkkürlərini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB