Çexyanın Səhiyyə naziri karantin rejiminin üç həftəlik uzadılmasını tövsiyə edib
Çexyanın Səhiyyə naziri Yan Blatni respublikada epidemioloji vəziyyətin pisləşməsi səbəbindən karantin rejiminin üç həftəlik uzadılmasını tövsiyə edib.
SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, nazir martın 18-də keçirilməsi planlaşdırılan fövqəladə iclasda mövcud məhdudiyyətlərin aradan qaldırılmasının tərəfdarı olmayacağını deyib.
Onun sözlərinə görə, ölkədə epidemioloji vəziyyəti hələ də yaxşılaşmayıb, əksinə, sutkalıq yoluxma dinamikası artmaqda davam edir: “Xəstəxanalar koronavirusa yoluxan xəstələrlə dolub. İnfeksiya təqaüdçülər arasında daha çox yayılır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB