ABŞ-ın Kaliforniya ştatında yerləşən "Tesla" zavodunda yanğın baş verib

ABŞ-ın Kaliforniya ştatında yerləşən "Tesla" zavodunda yanğın baş verib

"Tesla" elektromobillərinin ABŞ-ın Frimont şəhərində (Kaliforniya ştatı) yerləşən zavodunda yanğın başlayıb.

SİA-nın məlumatına görə, bu barədə "Fox" teleşirkəti xəbər verib.

Məlumata əsasən, yanğın tikintisi davam edən binada başlayıb. Hadisə yerinə bir neçə yanğınsöndürən maşın cəlb edilib.

Digər təfərrüatlar barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə