İrəvan ingilis “casus”u ilə doluymuş ki...

İrəvan ingilis “casus”u ilə doluymuş ki...

İnanın ki, bu ermənilər ölkənin Milli Təhlükəsizlik Xidməti barədə çox haqsızlıq edirlər. Ay başınıza elə ermənilərin özləri dönsün, bu yazıq xidmət, burada işləyən o “binəvalar” daha nə etməlidirlər sizin üçün? Casus deyirsiz tapır, nə bilim fərari deyirsiniz, o dəqiqə yerini müəyyənləşdirir. Daha sizin üçün “fu” komandasını yerinə yetirməyəcəklər ki... Halbuki, bu onların səlahiyyətinə aid də deyil a… Amma neyləyəsən ki, son günlər əli qələm tutan bütün ermənilər Milli Təhlükəsizlik Xidmətini elə bil obyekt seçiblər. Döşəyirlər ağızlarına nə gəldi. SİA ermənilərə, onların saytlarına istinad edir.

Nə isə, özləri bilər. Onsuz da gec-tez “erməni haqqı” öz yerini tapır. Necə tapdı da… Məsələn, mən dünən erməni Milli Təhlükəsizlik Xidmətinin UNICEF-in Ermənistandakı nümayəndəsi Marianne Klark-Xattinqı “casus” kimi “ifşa” etməsini xidmətin son illərdəki ən böyük uğuru hesab edirəm. Əslində, ermənilərə buna görə, bir böyük “malades”də düşür. Lakin, gəlin xırdaçılıq etməyək, çünki “böyük erməni xalqı” hər xırda təfərrüatlara varan xalq deyil, yəni belə şeyləri “sevməz”… Yenə də, nə isə…

Məsələn, mən bu xanımın “ifşa” olunmasını, onun statusuna “Böyük Britaniya və Azərbaycanın xeyrinə casusluq” etməsi statusunun da əlavə edilib “sübuta yetirilməsini” erməni “uzaqgörənliyi” kimi dəyərləndirirəm. İnandırıram sizi, bu təkcə erməni çekistlərinin deyil, həm də Ermənistanın böyük uğurudur. Marianne Klark-Xattinqə deyən gərək, sənə vacib idi? İndi Ermənistanda səni “arzuolunmaz” bir şəxs elan edərlər, bununla da bütün karyeran batıb gedər. Sən, məgər burada işlədiyin bu müddət ərzində onların necə bir xalq olduqlarını müəyyən edə bilməmisən? Sən zarafat bilmə, onların əlləri “hər yerə” çatır. Yəqin özün indi azdan-çoxdan tanımamış olmazsan.

Yeri gəlmişkən, elə səndən soruşum: İrəvanda olduğun ərəfədə Robert Koçaryan prezident olarkən, Böyük Britaniyanın həndəvərinə buraxmamalarını sənin “başına vurmayıblar” ki? Təbii ki, vurmamış olmazlar. Çünki onlar özlərində günah görməyən xalqdır. Səni bilmirəm, amma mən, ingilisləri Koçaryanı yaxın buraxmamaqda çox haqlı sayıram.

Yəqin həmin ərəfədə ingilislər də Eçmiədzin sinodunun prokuroru Frenkelin haqqında məlumatlı imişlər. Məhz həmin Frenkelin vaxtilə erməniləri oğru olduqlarına görə, heç kim tərəfindən evlərinə buraxmamaları barədə dünyanı xəbərdar etmişdi. Təbii ki, indi bəlkə də, ermənilər həmin o oğru Robert Koçaryanın acığıdır ki, səndən çıxırlar.

Amma mən başqa şey də düşünürəm. Məsələn, ermənilər Azərbaycanla yaxınlıq edən dövlətlərə həmişə düşmən gözü ilə baxıblar. Əslində, bu, onların çox “həssas bir millət” olmasından irəli gəlir. Onlar, Böyük Britaniya maraqlarının Ermənistanla üst-üstə düşmədiyini deyirlərsə, deməli, inanmaq lazımdır. Bunu elə-belə millət nümayəndələri demir. Bunu ermənilər deyir: inanmamaq günah olar. Doğrudan da, gör, ingilislərin “özbaşınalıqları” nə həddə çatıb ki, onlar Londonda “böyük nüfuz sahibi olan” Armen Sarkisyan və ya Arman Babajanyan kimilərinə də “hörmət etmirlər”. Məncə, bunlar Türkiyə və Azərbaycan təbliğatından qaynaqlanır. İngilislər bəlkə də, indi yaşadıqları ərazilərin vaxtilə məhz ermənilər tərəfindən “kəşf edilib” onlara “bağışlandığını” unudublar.

Bəlkə də, Türkiyə və Azərbaycan xüsusi xidmət orqanlarının yalanlarına “uyublar”. Amma onlar bunun Ermənistan dövlətçiliyinin mənafelərinin irəliləməsinə töhfə vermədiyini, daha doğrusu, zərər verdiyini anlamırlar. Əlbəttə, ermənilərin artıq bundan sonra da ölkədə fəaliyyət göstərən “gizlı casusları ifşa” etmələri davamlı olacağıq. Artıq Anna Naqdalyan da bu istiqamətdəki fəaliyyətini davam etdirir. Məsələn, Naqdalyan artıq Ermənistanda “qeyri-konstruktiv” fəaliyyət göstərmək istəyən bir neçə ingilisin izinə düşdüyü ilə bağlı həm erməni mətbuatını, həm də elə ermənilərin özlərini məlumatlandırıb.

...O, vaxtı Robert Köçəryan deyəndə ki, İrəvan ingilis casusları ilə doludur, siz ona inanmırdınız. İndi öz günahlarınızdır çıxır qabağınıza...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə