Zəhərlənən şagirdlərin sayı artdı - 91

Rusiyanın Krasnoyarsk şəhərinin məkəblərində 91 nəfər şagird zəhərlənib. SİA-nın xəbərinə görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, onlardan 56 nəfər orta ağır vəziyyətdə xəstəxanalara yerləşdirilib. Məlumatda qeyd olunub ki, zəhərlənən məktəblilərdə ilkin psevdotuberkulyoz diaqnozlu iyersinioz infeksiyası aşkar olunub. Zəhərlənməyə məktəblərdə verilən salat yeməklərinin səbəb olduğu bildirilib. Bu məktəblərdə yemək təminatının “Razvitie MMC” tərəfindən təşkil olunduğu qeyd olunub. İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətin (Rospotrebnadzor) məlumatına görə, şirkətin sanitariya qanunvericiliyinin tələblərini pozduğu aşkar edilib. Faktla bağlı cinayət işi başladılıb, araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...