Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev, Belarus Prezidenti Alexander Lukashenko ilə telefon danışığı aparıb. SİA xəbər verir ki, bu barədə RİA Novosti Agentliyi Medvedyevin katibliyinə istinadla məlumat yayıb.
Məlumatda qeyd olunur ki, "Aleksandr Qriqorieviçin və Dmitry Anatolyeviçin sıx cədvəlləri, qrafikləri olması səbəbiylə fərdi görüş baş tutmayıb. Bildirilir ki, onlar telefonla danışıblar.
Medvedev və Lukaşenkonun daha sonra görüşmək barədə razılığa gəldikləri də qeyd olunur.
Xatırladaq ki, bir qədər əvvəl Lukaşenko, ölkəsinin iqtisadiyyatına kömək etdiyi üçün rusiyalı həmkarı Vladimir Putinə təşəkkür edib.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB