ABŞ Hərbi Hava Qüvvələri öz müdafiəsini Norveçin köməyi ilə gücləndirir. Bu məqsədlə artıq Amerikaya məxsus “B-1B Lancer” bombardmançı təyyarələrin tezliklə Norveçə çatdırılacağı da bildirilir. SİA bu xəbəri rus mətbuatına istinadən bildirir.
Maraqlıdır ki, Norveçlə ortaqlığı yüksək qiymətləndirən ABŞ Hərbi Hava Qüvvələrinin Avropa və Afrika üzrə komandiri Ceffi Harriqian, bu addımı kollektiv müdafiənin gücləndirilməsinə hesablandığını bəyan edib.
Qeyd edək ki, rusların ən təhlükəli təyyarə kimi dəyərləndirdikləri “B-1B Lancer”-lərin yaxınlarda Norveçdəki Orland hava limanına çatacağı bildirilir. Onu da bildirək ki, Arktik dairədən təxminən 480 kilometr məsafədə yerləşən Orland hava limanının ərazisi səkkiz ölkə - Norveç, İsveç, Finlandiya, Rusiya, ABŞ, Kanada, Danimarka və İslandiya arasında bölünüb.
Qeyd edək ki, Amerika tərəf bu addımını Rusiya döyüş təyyarələrinin Norveç Hərbi Hava Qüvvələri üçün yarada biləcəyi təhlükə ilə əlaqələndirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB