Fransada quş qripi tüğyan edir. Ölkədə artıq 350 min ördək kəsilib. Təsərrüfatçılar virusun qarşısını almaq üçün kütləvi kəsimə çağırırlar. SİA xəbər verir ki, Fransa hal-hazırda iki epidemiyaya qarşı mübarizə aparır.
Quş qripi ölkədə sürətlə yayılır. Virusun nəzarətdən çıxdığı bildirilir. Quşçuluq fermaları bir müddət boş saxlanılacaq. Mütəxəssislər quşçuluq fermalarının boşaldılmasını və yalnız 2 aydan sonra istifadəyə verilməsinin vacibliyini vurğulayıblar. Ölkədə quş qripinin 124 mənbəyi müəyyən edilib.
Son həftə ərzində yoluxma mənbələrinin sayı iki dəfədən çox artıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB