Çeçenistanda 4.7 bal gücündə zəlzələ baş verib.
SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.
Məlumata görə, zəlzələnin episentri Çeçenistanın paytaxtı Qroznıdan təqribən 39 km cənubda, Urus-Martandan 18 km cənub-şərqdə 60 km dərinlikdə yerləşib. Zəlzələ saat 01:29-da (GMT+4) qeydə alınıb.
Sosial şəbəkələr yeraltı təkanların həm Çeçenistan ərazisində, həm də qonşu bölgələrdə - Dağıstan, İnquşetiya, Şimali Osetiyada hiss olunduğunu yazır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB