ABŞ Alyaskada Rusiyaya aid qırıcıların qarşısını kəsdi

ABŞ Alyaskada Rusiyaya aid qırıcıların qarşısını kəsdi

ABŞ Alyaska ştatının hava məkanı yaxınlığında Rusiyaya aid qırıcıların qarşısını alıb. SİA-nın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi informasiya yayıb.

Bildirilib ki, 4 ədəd “Tu-95MC” strateji raket təyyarəsi Çukot, Berinq və Oxot dənizinin beynəlxalq suları üzərində patrul uçuşları həyata keçirib. ABŞ Hərbi Hava Qüvvələrinə aid F-22 təyyarələri isə onların qarşısını kəsib.

11 saat davam edən uçuşların beynəlxalq qaydalara uyğun şəkildə həyata keçirildiyi, başqa dövlətlərin hava məkanının pozulmadığı qeyd edilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə