Daşnaksütyun ARF nümayəndələri hökumətin qurulmasından cəmi bir-iki ay keçdikdən sonra, yəni, 2018-ci ilin yayında hökumətin istefası barədə necə danışırdılarsa, indi də eyni ritorika ilə danışırlar. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə söyləyib.
"Görünən budur ki, Ermənistanda təkcə sağlamlıq koronavirusu yayılmır, eyni zamanda, siyasi koronavirus da hökm dürür. Lakin, sağlamlıq koronavirusundan fərqli olaraq siyasi mənada belə bir xəstəlik əlamətləri bütün ictimai və siyasi qüvvələrin ölümünə səbəb olacaqdır. Bu siyasi qüvvələrin Ermənistanın ictimai-siyasi həyatından tamamilə kənarlaşdırılacağını görəcəyik, çünki bu günlər öz fəaliyyətləri ilə öz siyasi məzarlarını qazırlar", deyə Paşinyan bildirib.
Ermənistanın baş naziri ölkəsini digər inkişaf etmiş ölkələrlə müqaisə etməkdən belə çəkinməyib. "Düşünürəm ki, inkişaf etmiş ölkələrdə siyasi bakteriya, virus Ermənistandakı kimi yayılır", deyə erməni baş nazir vurulayıb.
O, hər şeyə hərbi məntiq çərçivəsində baxıldığı təqdirdə çaxnaşma və yalan məlumatlar yayanların döyüş qaydalarına uyğun mühakimə olunmalı olduğunu vurğulayıb. "Bu yanaşmanı qəbul edənlər Ermənistan tarixinin zibil tullantılarına atılacaqlar", deyə baş nazir etiraf edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB