Qazaxıstanda koronavirusdan ölənlərin sayı 26-ya çatıb

Qazaxıstanda koronavirusdan ölənlərin sayı 26-ya çatıb
Qazaxıstanda bu günə kimi koronavirusa 3 min 877 yoluxma faktı qeydə alınıb. SİA xəbər verir ki, ölkədə bu gün COVID-19-dan 1 nəfər həyatını itirib. Ümumilikdə ölənlərin sayı 26-ya, sağalanların sayı 995-ə çatıb. Bu gün Qazaxıstan Səhiyyə Nazirliyinin Rəqəmsallaşdırma İdarəsi əhalini koronavirus (COVID-19) barədə məlumatlandırmaq üçün "WhatsApp"da rəsmi "Chat- bot"u işə salıb. Bu, koronavirus haqqında dəqiq, etibarlı və aktual məlumat toplayan pulsuz bir xidmətdir. Qazaxıstan Səhiyyə Nazirliyinin "WhatsApp"dakı rəsmi kanalı, ölkə sakinlərinə həftədə 7 gün, 24 saat ərzində koronavirusla bağlı ən çox verilən sualları cavablandırmağa imkan verəcək. Dünyanın bir sıra səhiyyə nazirlikləri, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Sinqapur, İsrail, İndoneziya və Cənubi Afrika artıq "WhatsApp" xidmətindən istifadə edərək koronavirus barədə əhaliyə məlumat verir.

Bütün xəbərlər Facebook səhifəmizdə